X.M.Korrea F2-yə qayıdır

Amerikalı sürücü Əbu Dabidə mövsümün son yarışında Van Amersfoort Racing-in sürücüsü Deyvid Bekmanı əvəzləyəcək.

F-1.az xəbər verir ki, bu, Korreanın 2019-cu ildə Spada baş vermiş ağır qəzadan sonra ilk F2 yarışı olacaq. Xatırladaq ki, həmin yarışda Xuan ağır yaralanmış, Antuan Uber isə həyatını itirmişdi.

Xuan Manuel Korrea: “Çox həyəcanlıyam, amma eyni zamanda bir az qəribə də hiss edirəm. Buna baxmayaraq, hər şey qaydasındadır, çünki sükan arxasına qayıtdığım andan etibarən yenidən Formula 2-də yarışmağı qarşıma məqsəd qoymuşam. Mən uzun illərdir ki, F2 maşını idarə etmirəm, lakin bu maşınların sükanı arxasında həmişə nisbətən rahat olmuşam. Yarışmağa hazıram”.

Qeyd edək ki, Xuan Manuel Korrea 2022-ci ildə Formula3-də ART Grand Prix komandası üçün yarışıb. Mövsümün sonunda sürücülər çempionatında 13-cü yeri tutub və onun ən yaxşı nəticəsi Zandfortda şənbə günü keçirilən yarışda ikincilik olub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*