F-1.az xatırladır ki, Karlos Sayns Formula1 karyerasına 2015-ci ildə başlayıb və keçirdiyi 5 mövsüm ərzində güclü bolidi olmasa da, bir podium qazana bilib.
Xayme Algersuari: “Güclü bolidi olsa, daha çox xal və podium qazanar. Amma onun istedadı və keyfiyyəti barədə sual işarəsi yoxdur. Karlos özünü təkcə Formula1-də yox, aşağı seriyalarda da göstərib. O, çox yaxşı sürücüdür”.