X.Algersuari hələ də kabuslar görür

Sabiq Formula1 pilotu Xayme Algersuari bildirib ki, hələ də Helmut Marko ilə bağlı kabuslar görür.

F-1.az xatırladır ki, ispaniyalı pilot 2009-cu ildə Toro Rosso ilə (indiki AlphaTauri) Formula1-də debüt etmiş və 2011-ci ildə komandadan göndərilmişdi. Daha sonra Formula E-də də yarışan Xayme 2015-ci ildə yarış karyerasını sonlandıraraq, DJ-lik etməyə başlaşıb.

Xayme Algersuari: “Red Bull mənə uzun illər kömək etdi və bəxtəvər idim. Amma o vaxtlar eqoist və uşaq kimi idim.

Sizə bir sirr verim? Hələ də o dövrlə bağlı qəribə yuxular görürəm. uğursuzluqlarım və məyusluğumdan başqa bizi uşaq kimi danlayan Marko haqqında… Bütün bunlar travma idi. Əminəm ki, digər pilotlar da bu hadisələri yaşayıblar. Formula1-dən ayrıldıqdan sonra psixoloqa yazılmışdım.

Buna baxmayaraq, üzərindən 10 ildən çox vaxt keçsə də, hələ də beynimdə qəribə düşüncələr var. Bəzən gecələr ağlayaraq yuxudan oyanıram. Yuxumda əla dövrələr vursam da, Helmut Marko yenə də əsəbi formada üstümə gəlir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*