WRC: R.Kubitsa Citroen komandası ilə müqavilə imzalayıb

Robert Kubitsa Citroen Racing komandası ilə müqavilə imzalayaraq karyerasını rallidə davam etdirmək qərarına gəlib – Fransa şirkətininz avod komandasının mətbuat […]

Robert Kubitsa Citroen Racing komandası ilə müqavilə imzalayaraq karyerasını rallidə davam etdirmək qərarına gəlib – Fransa şirkətininz avod komandasının mətbuat xidməti bu xəbəri yayıb. Martın 21-də Robert Rally İslas Canarias yarışın startına Citroen DS3 RRC-nin sükanı arxasında çıxacaq, bu, Avropa çempionatının üçüncü mərhələsidir, bundan sonra polşalı sürücü Portugal Rally yarışından başlayaraq WRC2 seriyasında çıxış edəcək.

Robert Kubitsa: “Mən müxtəlif variantları götür-qoy etdim, sonda bu proqramı seçdim. Mən Citroen Racing komandası ilə əlaqə saxlayırdım və hər iki tərəf əməkdaşlığı davam etdirməyə hazır idi. Mən çox şadam ki, yüksək səviyyəli çempionata qayıdıram. Rally İslas Canarias yarışı mənim üçün maraqlı sınaq olacaq. Mən tezliklə starta çıxmaq istəyirəm, amma mən qarşıma konkret məqsədlər qoymamışam. Mən hələ rallidə çox şey öyrənməliyəm və hazırlığımı yaxşılaşdırmaq üçün yarış traslarında böyük məsafələr qət etməliyəm.”

Kanar adalarında baş tutacaq yarışdan 3 həftə sonra WRC2 dünya çempionatı Portuqaliya mərhələsində debüt edəcək. Robert 2013-cü ildə 7 yarışda start almağı planlaşdırıb. İstisna deyil ki, sürücü Avropa çempionatının da bəzi mərhələrində starta çıxacaq.

Polşalı sürücü üçün məxsusi hazırlanmış DS3 RRC maşınında xüsusi hidravlik ötürmələr sistemi olan ötürmələr qutusunun və sükanaltı ötürmələri keçirən linkin (yarpağın) qurulmasına FİA rəsmən icazə verib…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*