WRC mövsümü Yaponiyada Hyundai-nin dublu ilə yekunlaşıb

Dünya Ralli Çempionatının (WRC) daha bir mövsümü Yaponiyada başa çatıb. Ölkə 12 illik fasilədən sonra təqvimə qayıdıb. Yarış üçün Toyota-siti yaxınlığındakı meşədə yeni dar asfalt yolu da döşənib. Təəssüf ki, yaponiyalı istehsalçının ev yarışı əsas rəqibi - koreyalıların dublu ilə nəticələnib.

F-1.az xəbər verir ki, yollara çıxan azarkeşlər Toyota-nın sürücüsü Elfin Evansdan qələbə gözləyiblər. Britaniyalı sürücü ilk dopda qələbə qazanmaqla Hyundai komandasından Tyerri Növillə fərqi 0.6 saniyəyə qalıb. Amma növbəti dopda təkərinin deşilməsi Elfini podiumdan da edib.

Nəticədə ikinci yerə Hyundai ilə son yarışına çıxan Ott Tənak yüksəlib. Komanda yoldaşına 1 dəqiqədən çox uduzan estoniyalı sürücü son dopları ehtiyatla keçib və bu ikincilik sayəsində mövsümü də ikinci yerdə başa vurub.

Yaponları ancaq kumirləri sevindirə bilib – Takamoto Katsuta Keniyadan sonra ikinci dəfə podiuma yüksəlib. Toyota-nın daha bir sürücüsü cümə gününün uğruszuluğundan sonra Sebastyen Ojye rallini 4-cü yerdə başa vura bilib.

Elfin Evans 5-ci yerlə kifayətlənib, Ford-un mübarizədə qalan yeganə nümayəndəsi Qus Qrinsmit isə ilk altılığı tamamlayıb.

Onluqda sonrakı yerləri aşağı liqanın sürücüləri tutublar. Maraqlıdır ki, ümumi hesabda 10-cu olan keçmiş F1 sürücüsü Heykki Kovalaynen WRC2 sinfində 4-cü yeri tutub. Heykki hətta həmyerlisi builki dünya çempionu Kalle Rovanperanı da üstələyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*