WRC: Keniya Rallisi də ləğv olunub

Bu il Keniyada WRC mərhələsi baş tutmayacaq.

F-1.az xatırladır ki, bir neçə yarışın ləğvindən sonra məlum olmuşdu ki, mövsümün ikinci yarısını Safari Rallisi açacaq, amma zavod komandaları əvvəlcədən Afrikaya səfərə etməyə qarşı çıxmışdılar. Nəticədə mərhələnin təşkilatçıları FİA ilə birlikdə yaydıqları bəyanatda yarışın ləğv olunduğunu təsdiqləyiblər.

Keniyada çətin vəziyyətin hökm sürdüyü koronavirus epidemiyasından əlavə, Afrikaya səyahət nəinki şəxsi komandalara, hətta zavod komandalarına da baha başa gələcəkdi. Təşkilatçıların sözlərinə görə, son həftələrdə onlar ölkə hökuməti ilə birlikdə yarışın keçirilməsinin mümkünlüyü üzərində işləməyə davam ediblər, lakin nəticədə 18 illik fasilədən sonra təqvimə qayıdan yarışı daha bir il təxirə salmaq qərarına gəliblər.

İndi WRC təqvimində ən yaxşı yarış Finlandiyada (6-9 avqust) və Yeni Zelandiyada (3-6 sentyabr) baş tutmalıdır. Hələlik rəsmi olaraq bunlardan heç birinə təhlükə yoxdur – Finlandiya hökuməti 500-dən çox insanın iştirak etdiyi tədbirlərə qadağa qoyub, ancaq bu qadağa yalnız iyulun sonunadək qüvvədə olacaq. Karantin tədbirlərinin uzadılması ilə bağlı qərar iyun ayının əvvəlində qəbul ediləcək ki, bu da yarışın keçirilməsi mümkünlüyü barədə daha konkret danışmağa imkan verəcək. Bir ay sonra baş tutacaq Yeni Zelandiya yarışında da vəziyyət eynidir.

Avtoidmanın bir çox seriyalarından fərqli olaraq, 2020-il mövsümündə WRC iştirakçıları üç yarış keçirməyə müvəffəq olublar. Formula1 Avstraliyada olarkən, ralli iştirakçıları Meksikada qalibi müəyyən edirdilər. Düzdür, bazar günü mərhələ vaxtından əvvəl dayandırılsa da, lakin yenə də keçirilmiş sayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*