F-1.az xatırladır ki, Fransua son 10 ildə Volkswagen-də işləyib və İ.D.R elektrik avtomobilinin təkmilləşməsinə kömək edib. Bundan başqa 2013-2016-cı illərdə WRC-də dominantlıq edən WRC Polo C avtomobilinin inkişafında iştirak etmişdi.
Yos Kapito: “Fransuanı komandaya gətirdiyimiz üçün xoşbəxtəm. Texniki cəhətdən məharətini görmüşəm və idmandakı uğurları göz qabağındadır. Komandaya onun kimi birinin gəlməsi bizi gücləndirəcək. Onun təcrübəsi ilə yenidən qələbələr qazana bilərik. Bizi həyəcanlı dövr gözləyir”.
Fransua Ksavye Demezon: “Williams hazırda yenidən güclənmək istəyir və belə həyəcanverici dövrdə onlara qoşulmaq üçün səbirsizlənirəm. Bizi böyük mübarizə gözləyir”.