Williams yeni tərəfdaş tapıb

Bombardier Business Aircraft şirkəti 2017-ci il üçün Williams komandası ilə tərəfdaşlıq müqavilə bağladığını bildirib.

F-1.az xatırladır ki, Williams komandası keçən ilin payızında kanadalı Ləns Strollu heyətinə qatmışdı. Kanadada xüsusi və kommersiya təyyarələrinin istehsalı ilə məşğul olan Bombardier şirkəti gənc sürücü Strollu ilk mövsümündə dəstəkləmək üçün Williams-la müqavilə bağlayıb. Müqaviləyə əsasən Bombardier-in loqosu Ləns Strollun dəbilqəsində və boksunda olacaq.

Qeyd edək ki, Bombardier şirkəti Learjet, Challenger və Global təyyarələrini və xüsusi təyyarələr istehsal edir. Şirkətdə 22000-dən çox işçi çalışır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*