F-1.az xəbər verir ki, Daq yeni komandası Williams-da baş mühəndis vəzifəsində işləyəcək. Qeyd edək ki, MakKirnan daha əvvəl olduğu kimi Pəddi Lounun köməkçisi olacaq.
Xatırladaq ki, MakKirnan 1999-cu ildə aerodinamika təhlilçisi kimi komandaya qoşulmuş və aerodinamika şefi vəzifəsinə yüksəlmişdi. Lakin 2014-cü ildə icbari tətilə göndərilmiş, 2015-ci ildə isə komandadan ayrılmışdı.
Pəddi Lou: “Keçən il Williams-a gələndən sonra komandanı inkişaf etdirmək üçün yeni mühəndislərə ehtiyacımız olduğu açıq-aydın görünürdü. Dirk de Birlə yaxşı inkişaf etdik və yaxşl aeroidinamka komandası qurduq. Daqın komandaya gəlməsi ilə baş konstruktorumuz Ed Vud və Dirkin işi yüngülləşəcək. Bu da bizə texniki strategiyada kömək edəcək”.