F-1.az güman edir ki, çempionat iştirakçılarının çoxu yeni maşınlarını məhz testlərə bir gün qalmış və ya testlərin ilk günü Katalunya trasında təqdim edəcək…
Rob Smedli bu gün Birmingemdə Autosport İnternational Show tədbirində bildirib ki, “biz artıq neçə illərdir ki, pafoslu və ya qlamur təqdimat mərasimləri keçirmirik, bu dəfə də yeni maşını fevralın 22-də Barselonada təqdim edəcəyik”. Onun sözlərinə görə, FW38 keçənilki maşının modernizə olunmuş versiyasıdır, amma britaniyalı mühəndis qeyd edib ki, “stabil texniki reqlament çəraitində hələ belə modernizə görməyib”.
Williams komandasının qarşıdakı mövsümə planları barədə Smedli deyib: “Keçən il biz 4 dəfə podiuma qalxdıq, amma bu kifayət deyildi. Hərçənd, komanda üçün 18 qələbə də kifayət deyil, çünki çempionatda 19 yarış var idi. Lakin realist olmaq lazımdır: biz hələ də təşkilatlanma və yenidənqurma mərhələsindəyik. Bizim iddialı məqsədlərimiz var, biz hamımız idmançıyıq və bu ruhu biz ser Frənk Uillyamsdan almışıq”.