Bu il Ayrton Sennanın San Marino Qran Prisində dünyasını dəyişməsinin 20 ili tamam olacaq. Bütün bu illər ərzində xatirə əlaməti olaraq Williams komandasının maşınlarına braziliyalı sürücünün loqotipi vurulurdu. Ənənəvi olaraq loqotip ön antiqanadın ucluğundakı elementlərə vurulurdu, amma bu il üçqat dünya çempionunun şəkli və “Ayrton Senna əbədi” (“Ayrton Senna Sempre“) yazısı burun çıxıntısının sol tərəfində yer alacaq.
Ayrton Senna Fondunun hazırladığı yeni loqotip mövsüm ərzində fondun keçirdiyi bütün tədbirləri də bəzəyəcək…
Frənk Uilyams, Williams komandasının başçısı: “Biz Ayrtonla çox yaxın idik. Onun ölümündən sonra əfsanəvi loqotip – ikiləşmiş S hərfi həmişə bizim maşınlarda yer alıb. Yeni loqotip Sennanın uğurlarını, naliyyətlərini yada salmaqdır və eyni zamanda Ayrton Senna Fondunun işlərini təqdim etməkdir – fond Braziliyada təhsilin popoulyarlaşması üçün əlindən gələni edir”.