Williams yeni FW36-nın rəsmlərini yayıb

Williams komandası 2014-cü il üçün hazırladığı yeni FW36-nın kompüter qrafikası ilə hazırlanmış rəsmlərini yayıb. Komanda əmin edir ki, yeni maşın […]

Williams komandası 2014-cü il üçün hazırladığı yeni FW36-nın kompüter qrafikası ilə hazırlanmış rəsmlərini yayıb. Komanda əmin edir ki, yeni maşın indiyə qədər Qrouvda hazırlanmış ən mükəmməl maşındır…

Pət Simonds, texniki departamentin başçısı: “Bu il maşınlarda daha çox müasir texnologiyalar tətbiq olunub. Formula1-də əvvəllər də turbomotorlardan istifadə olunub, amma fərq ondadır ki, bu il biz sadəcə yeni motordan istifadə etməyəcəyik – bu, tamamilə yeni sistemə keçiddir. Biz bəzi hibrid texnologiyaların tətbiq olunduğu atmosfer motorlarından tam hibrid texnologiyalı yeni motorlara keçirik.

Biz Mercedes-lə əməkdaşlığa yeni başlayırıq və bu şirkətin əməkdaşlarının işə sadiqliyi, peşəkarlığı məni qane edir. Biz əminik ki, yeni motorlar rəqabətədavamlı olacaq.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*