İki həftə əvvəl Melburnda Valtteri Bottas şənbə günü aldığı bel zədəsi üzündən yarışda start ala bilməmişdi, amma f-1.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər komanda rəsmən finlandiyalı sürücünün qarşıdakı Qran Pridə iştirakını təsdiq edib…
Komandanın yaydığı bəyanatda deyilir: “Avstraliyada sıralanma turunda aldığı zədədən sonra Valtteri ilə ən yaxşı fizioterapevt işləyirdi ki, bu həftəsonu onun iştirakına zəmanət verə bilək.
Komanda isə Valtterini və onun sükan arxasına qayıtmaq istəyini dəstəkləyirdi. Bu gün Malayziyada FİA-nın həkimlərinin təftişindən sonra biz təsdiq etməyə şadıq ki, Bottas bu həftəsonu FW37-nin sükanı arxasında oturacaq…”