Williams üçüncülüyü qorumaq istəyir

Kler Uilyams hesab edir ki, komanda 2016-cı ili Red Bull-dan öndə, Ferrari və Mercedes-lə fərqi azaldaraq yekunlaşdırsa, bunu əsl uğur hesab etmək olar.

F-1.az xatırladır ki, turbo mühərriklərə keçid komanda üçün uğurlu olmuş, komanda güclü Mercedes mühərrikləri ilə son 2 ili 3-cü yerdə başa vurmuşdu.

Kler Uilyams: “Mercedes və Ferrari ilə aramızda olan fərqi azaltmalıyıq. Bu bizim kimi imkanları çox da geniş olmayan bir komanda üçün olduqca böyük uğur olar. Williams-ın hər zaman hədəfi qalib gəlmək olub.

Son iki ili 3-cü yerdə başa vurmuşuq. Buna görə də, daha da inkişaf etməli, önümüzdəki komandalarla mübarizə aparmalıyıq.

Silverstounda ilk döngədən sonra pilotlarımızın liderliyə yüksəldiyini xatırlayaq. Komandanın öz evində bunu etməsi möhtəşəm idi”.

Qeyd edək ki, komanda pilotları son iki ildə dəfələrlə podiuma yüksəlsələr də, qalib gələ bilməyiblər.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*