Williams testlərdə yeni qanaddan istifadə etməyəcək

Williams komandası bildirib ki, onlar Avstraliya QP-də istifadə edəcəyi aerodinamik paketi testlərdə üzə çıxarmayacaqlar...

F-1.az xəbər verir ki, Williams komandası testlərdə indiyə kimi 2015-ci il burnunu istifadə eləyib, amma komanda yeni burun üzərində işləməyə davam edir.

Komandanın baş test mühəndisi Rod Nelson bu barədə danışıb: “Gözləyib, görəcəyik, amma onu deyə bilərəm ki, yeni burnu testlərdə istifadə etməyəcəyik”.

Mövsümöncəsi testlərin üçüncü günündə ikinci yeri tutan Felipe Massa da testlərdən razı qalıb: “Çox yaxşı idi. Testlərdəki ən yaxşı günümüz idi. Keçən həftə bizim üçün elə də yaxşı keçmədi, amma bu həftə işlər qaydasındadır.

Testlər Valtteri üçün də yaxşı keçdi və mən bolidi tanımağa başladım.

Bu çox vacibdir, çünki bolidi daha yaxşı tanımağa başladım. Sazlamaları dəyişdirdim və bolidin necə davrandığını anladım.

Harada olduğumuzu bilmirəm, amma düşünürəm ki, rəqabətədavamlı olacayıq. Mercedes AMG-nin öndə olduğunu bilirik, amma bəlkə Ferrari-yə yaxın ola bilərik.

Ümid edirəm ki, qələbə uğrunda mübarizə apararıq, ancaq biz bunu ilk yarışda biləcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*