Williams test proqramını elan edib

Artıq testlərin başlamasına 2 gün qalıb və komandaların iş qrafikləri məlum olmaqdadır.

F-1.az xəbər verir ki, tarixin ən titullu komandalarından biri olan Williams da sürücülərin Bəhreyndə hansı qrafiklə işləyəcəklərini elan edib.

İlk gün hər iki sürücü maşını sınaqdan keçirəcək – Aleksander Elbon səhər yeni maşının rəsmi debütünü edəcək, nahardan sonra isə onu yeni komanda yoldaşı Loqan Sarcentə həvalə edəcək.

Gənc amerikalı sürücü testlərin ikinci günündə tək işləyərək komandasına maşın barədə faydalı məlumatlar verməyə çalışacaq və Elbon dincələcək. Fevrakın 25-də isə bütün günü işləmək növbəsi Elbona çatacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*