F-1.az xatırladır ki, britaniyalılar bu il qış testlərinə gecikib və mövsümə pis başlayıblar. 6 yarışdan sonra yeganə xalsız komanda olan Williams bu mövsüm inkişafı dayandırmaq fikrində deyil.
Kler Uilyams: “Artıq tunelin sonundakı işığı görə bilirik. Hamımız bilirik ki, sürətlənmək üçün vaxt lazımdır. Bazada yaxşı işlər görülür və insanlar bunları görmürlər. Aerodinamik boruda qızğın iş gedir və növbəti yarışlara gətirəcəyəmiz yeniliklərlə performansımız arta bilər.
Bu il zəifik deyə mövsümü boşa verə bilmərik. Williams komandasında belə şey olmayıb. Hazırda doqquzuncu yerdə olan komanda ilə fərqi bağlayırıq və növbəti yarışlarda onları keçməyə çalışacağıq”.