F-1.az xatırladır ki, britaniyalı mütəxəssis 2017-ci ildə Williams komandasına gəldikdən sonra bolidin konseptini tam dəyişərək bolidi düzlüklərdə deyil, döngələrdə daha sürətli etmək istəyib. Lakin Formula1-in ən titullu ikinci komandası bu konseptə görə daha da zəifləyib. Hazırda 4 xal toplayan Williams turnir cədvəlinin sonundadır.
Pəddi Lou: “Fransadan birbaşa Avstriyaya gəlmək gözəl oldu. Pis keçən yarışlardan sonra fasilə olmaması komandaya motivasiya verəcək. Tras qısa olduğu üçün sıralanma turunda trafik də çox olacaq. Red Bull Rinq-də gözəl xatirələrimiz var.
Hələ də istədiyimiz yerdə deyilik. Amma çox işləyib yaxşı nəticələr alacağımıza əminəm. İndi isə növbəti yarışa fokuslanmalıyıq”.