Williams təhdidlə idarə edilir

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Williams komandası təhdidlə idarə olunur.

F-1.az xatırladır ki, almaniyalı sürücü 1999-2004-cü illərdə Williams komandasında çıxış edib.

Ralf Şumaxer: ” Williams komandasının xüsusi idarəetmə tərzi var. Patrik Hed orada olanda bu, balanslı idi. Bu, 70-80-ci illərin idarəetmə tərzidir və hamını qorxu altında saxlamaqdan ibarətdir – hamını təhdid edirlər. Belə hal isə utancvericidir. Çünki insanların motivasiyaya ehtiyacı var.

Hazırkı vəziyyətdə Williams işçilərinin komandaya bağlılıqları yoxdur. Mühəndislər bir-biri ilə işləməkdənsə, bir-birinə qarşı işləyirlər.

Heyif ki, Kler də atasının yolu ilə gedir və bu barədə düşünməlidir. Williams-da idarəetmə sistemi yenidən qurulmalıdır. Başqa komandalarda uğurlu olan Pəddi Lou oradan qovuldu. O belə komandanı düzəldə bilmədi. Bu barədə düşünməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*