F-1.az xəbər verir ki, Ləns Strollun mühəndisləri Ceyms Yurvin və Luka Baldiseri, Sergey Sirotkinin mühəndisləri isə Əndryu Mardok və Pol Uilyams olacaqlar. Komandanın yarış direktoru Rob Smedli bu barədə belə danışıb: “İşlərinə daha yaxşı fokuslanmaları üçün belə edirəm. Eyni zamanda sürücülər üçün də yaxşıdır. Ən təcrübəli işçilərimiz belə ildə 25 yarışa çıxa bilməzlər. Buna görə də növbəli iş rejiminə keçmək lazımdır”.
Williams sürücülərinin hərəsinə iki mühəndis veriləcək
Williams komandası sürücüləri Ləns Stroll və Sergey Sirotkinə 4 yarış mühəndisi verəcək.