F-1.az xatırladır ki, Britaniya təmsilçisi hər iki sürücüsü üçün də bir pit-stoplu strategiya tətbiq etmişdi.
Felipe Massa: “Çətin yarış idi. Sona qədər mübarizə apardıq. Startda yer itirdik. Bunun əsas səbəbi təkərlər idi. Yarışın əvvəlində tempimiz rəqiblərə nisbətən zəif idi. Tək pit-stoplu strategiya sınadıq və yaxşı işlədi.
Yarışı Force İndia-nın önündə bitirə bilərdik, amma onların bolidi Yaponiyada daha güclü idi. Yarışın əvvəlində peletonun ortasında olsaq da, sonda xal qazana bildik. Düşünürəm ki, yaxşı yarış keçirmişik”.
Valtteri Bottas: “Strategiya cəhətdən fərqli iş görə bildik. Bu gün əlimizdən başqa şey gəlmirdi. Uzun sözün qısası, daha sürətli bolid yaratmalıyıq və növbəti trasların bizim üçün əlverişli olmasına ümid etməliyik. Bu gün ən yaxşı tempimizi tuta bilmədik. Yarışın əvvəlində Massadan öndə olduğum üçün daha yaxşı strategiya gözləyirdim, amma olmadı.
Ostində Force İndia-dan daha güclü olacağımızı düşünürəm. Bunu indidən proqnozlaşdırmaq çətindir. Ümid edirəm ki, iki həftə sonra daha yaxşı performans göstərərik”.