F-1.az xatırladır ki, Niko Rosberqin karyerasını gözlənilmədən bitirməsindən sonra Valtteri Bottasın onun yerinə Mercedes AMG-yə keçməsi Williams-ı çətin vəziyyətdə qoymuşdu. Buna görə də, Formula1-dən ayrılmağa qərar verən Felipe Massa daha bir il yarışmağa razı salınmışdı. Qrouv təmsilçisinin Ləns Stroll ilə davam edəcəyinə çoxları şübhə etmir, lakin Felipenin gələn il komandadakı yeri sığortalanmayıb.
Kler Uilymas: “Biz sürücülərimizlə bu barədə müzakirə aparmağı təxirə salmaq qərarına gəldik. Hazırda trasda mübarizə aparmaqla məşğuluq və bu müzakirələri başladaraq onların diqqətini yayındırmaq istəmirik”.
Qeyd edək ki, Massa cari mövsümdə 23 xal toplayıb. Bakıda podiuma yüksələn Strollun hesabında isə 18 xal var.