F-1.az xatırladır ki, kanadalı sürücü 1997-ci ildə britaniyalıların tərkibində Dünya Çempionu olub və Williams-ın heyətində çempionluq yaşamış son sürücüdür. Amma sabiq Dünya Çempionu Azərbaycan yarışında podiuma yüksəlmiş Ləns Strollu tənqid etmiş və 18 yaşlı sürücünün Formula1-ə zəif başlanğıcının heç vaxt unudulmayacağını bildirmişdi.
Williams komandası da bu sözlərdən sonra Sky İtaliyada şərhçilik edən Vilnövün qonaq otağına girişini yasaqlayıb.
Kler Uilyams: “Jak çox danışır. Bu barədə xırdalıqlara girmək istəmirəm. Amma biz öz gücümüzü trasda göstərmək istəyirik. Ləns özünü isbat edirsə, tənqidçilər susmalıdır. Williams olaraq onun istedadına güvənirik”.