F-1.az xatırladır ki, bu rəng çaları Monako Qran Prisindən sonra azarkeşlərin səsverməsi ilə seçilib.
Gulf uzun illər idi ki, McLaren-lə tərəfdaş idi, amma bu ilin əvvəlində Williams komandası ilə anlaşmışdı. Gulf 2021-ci ildə McLaren üçün xüdusi rəng çaları təşkil etmişdi. İndi növbə Williams komandasındadır.
Buna görə McLaren komandası azarkeşlərin səsverməsinə 4 fərqli rəng çaları təqdim edib. Bu alternativlərdən biri McLaren-in 2021-ci ildəki rəng çalarına bənzəyirdi və Gulf-un idman tarixini, Ford/Porsche ilə qazandıqları uğurları əks etdirirdi. Digər üç alternativ isə Gulf şirkətinin müasir versiyaları idilər.
Layihənin təqdimatında danışan Williams komandasının rəhbəri Ceyms Vavls bildirmişdi ki, ən çox heritage versiyasını bəyənir, amma 180 mindən çox azarkeşin qatıldığı səsvermədə Bolder than Bold versiyası seçilib.
Yeni rəng həftənin ikinci günü təqdim edilib və ilk dəfə bu həftəsonu Gudvud Sürət Festivalında sərgilənəcək.
Ceyms Vavls: “Bu yarış azarkeşlərimizin aktiv iştirakı və komandamızın dizayn kimliyini formaya gətirmək üçün əla fürsət idi. Qalib gələn çalar Williams və Gulf tərəfdaşlığını və tarixini əks etdirir. Eyni zamanda gələcəyi inşa etməyimizi təmin edir”.
Gulf İnternational-ın rəhbəri Mayk Cons: “Williams Racing ilə tərəfdaşlıq etmək və azarkeşləri bu işin mərkəzinə qoymaq bizim üçün zövq idi. Aldığımız reaksiyalar inanılmaz idi. Azarkeşlər olmasa, bu işi görə bilməzdik. Bu müsabiqəni daha da xüsusi edir. 2023-cü il üçün planlaşdırdığımız digər layihələri paylaşmaq üçün səbirsizlənirik”.