Williams səhvən Gulf-la əməkdaşlığı təsdiqləyib

2022-ci ilin sonunda Amerikanın Gulf Oil International neft şirkəti McLaren ilə əməkdaşlığa son qoyduğunu elan edib.

F-1.az xəbər verir ki, artıq 2023-cü ilin yanvarında Gulf-ın Formula1-i tam tərk etmədiyi və yeni mövsümdə onun loqolarının başqa komandanın maşınlarında görünəcəyi barədə məlumatlar ortaya çıxıb.

Şayiələrə görə, Williams komandası Gulf-ın yeni tərəfdaşı olmalıdır, onun tərkibində amerikalı sürücü Loqan Sarcent debüt edəcək. Fevralın 6-da baş tutacaq təqdimatda bu məlumatın təsdiqi gözlənilirdi, lakin Williams komandası Gulf-la əməkdaşlığı barədə məlumatı vaxtından əvvəl mətbuata sızdırıb.

Komandanın rəsmi saytında “Tərəfdaşlar” bölməsində Gulf-a həsr olunmuş səhifə yaranıb. Səhifə bir neçə saat ərzində mövcud olub, bundan sonra ona giriş bağlanıb, lakin İnternet hər şeyi yadda saxlayır.

İndi komandanın tərəfdaşlarından biri və ya titul sponsoru olan Gulf-ın statusunu öyrənmək üçün Williams-ın rəsmi təqdimatını gözləmək qalır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*