F-1.az xatırladır ki, Britaniya təmsilçisi son illərdə maliyyə böhranı yaşayır. Komanda keçən il Mühəndislər Kubokunda sonuncu olub. Formula1-in ən titullu ikinci komandası yeni mövsümə də pis başlayıb və xal qazana bilməyən yeganə kollektivdir.
Hazırda Formula2-də mübarizə aparan Nikita Mazepinin atası Dmitri artıq bir aydır ki, komanda ilə danışıqlar aparır. Rusiyalı iş adamı bu addımı oğlunun karyerası üçün atmaq istəyir.
Xatırladaq ki, Mazepin keçən il müflis olan Force İndia komandasını almaq istəsə də, Lourens Stroll onu qabaqlamışdı. Dmitri isə satış prosesinin problemli olduğunu deyərək məhkəməyə müraciət etmişdi. Amma Williams komandası problemlərə rəğmən hər il qazanclı olur və buna görə də komanda satılmaya bilər.