F-1.az xəbər verir ki, onun sözlərinə görə, komanda amerikalı sürücü ilə əməkdaşlığı dayandırmaq fikrindən uzaqdır və onu 2024-cü ildə tərkibində görmək istəyir.
Ceyms Vavls: “Loqanın mövsümün sonuna qədər nail olmalı olduğu dəqiq məqsədləri var və biz bunun üzərində daim çalışırıq. Vurğulamaq vacibdir: biz onunla işləyirik və onun uğur qazanmasını istəyirik. Biz onun gələn il maşınımızı sürməsini istəyirik və bu, bizdən çox asılıdır.
Formula2 sürücüsünü komandaya götürdük və ona tam test imkanı vermədik. Loqan Bəhreyndə mövsümöncəsi testlərdə sükan arxasında gün yarım keçirdi, bundan sonra biz sadəcə olaraq hər bir debütant üçün çox çətin mövsüm olacağını vəd edən mövsümdə ona uğurlar arzuladıq. Biz Loqanla işləməyə və ona sərmayə qoymağa davam edəcəyik, çünki onun uğur qazanmasını istəyirik”.
Ceyms əlavə edib ki, Sarcentin komanda yoldaşı Aleks Elbondan tez-tez nəzərə çarpan performans fərqi Elbonun avtomobilində yeniliklərin olması ilə bağlıdır: “Loqanın avtomobili həmişə Aleksinki ilə eyni aerodinamik konfiqurasiyada olmayıb. Tez-tez gördüyünüz sürət fərqi həm də bununla əlaqədardır”.