Williams Sarcentə daha 1 il şans vermək istəyir

Williams komandasının rəhbəri Ceyms Vavls bildirib ki, özünü isbat etməsi üçün gənc Loqan Sarcentə daha bir il şans verəcəklər.

F-1.az xatırladır ki, artıq gələn il üçün bütün komandaların heyəti müəyyənləşsə də, təkcə Loqan Sarcentin gələcəyi müəmmalıdır. Amerikalı sürücü idmanda bu il debüt edib və özünü hələ də pis tərəfdən göstərir. Belə ki, Loqan demək olar ki, hər həftəsonu qəza edir və büdcə limiti olan dövrdə komandanı zərərə salır.

Lakin Ceyms Vavls bildirib ki, onlar Loqan Sarcentə daha bir il şans verəcəklər: “Loqana özünü isbatlaması üçün mövsümün sonuna qədər şans verəcəyik. Bəzi sürücülərə özlərini göstərmələri üçün iki il vaxt verildi”.

Loqan Sarcent Yaponiyadakı həftəsonunda qəza edib və yarışda Bottasla təmas yaşayıb. Lakin Ceyms iddia edir ki, gənc sürücü sürətlidir: “Qəzada bəxti gətirmədi. O ana qədər Alekslə tempi eyni idi. Həm də Suzuka kimi trasda”.

Loqan Sarcent isə Valtteri Bottasla yaşadığı təmas barədə bunları deyib: “Əlbəttə, mənim səhvim idi. Böyük ehtimalla Bottas təkərlərimi blokladığımı görmədi”.

Məşhur yarış sürücüsü Toni Vilander isə Loqan Sarcenti sərt formada tənqid edib: “Sarcentin vəziyyəti getdikcə Nikolas Latifinkinə oxşayır. O, başından böyük işlər görür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*