Williams Rusiyadakı gözəl ənənəni davam etdirmək istəyir

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Soçi trasının asfaltı təmiz olduğu üçün orada yarışmaq çətindir.

F-1.az xatırladır ki, Williams komandası Soçi yarışında bir dəfə podiuma yüksəlməklə, son iki ildə 4-cü yeri tuta bilib.

Pəddi Lou: “Dördüncü dəfədir ki, Soçiyə yarışmağa gəlirik. Buna görə də trasın asfaltının çox yeni olduğunu deyə bilərik. Trasın səthi çox təmizdir və buna görə də çətinlik çəkə bilərik. Sıralanma turunda təkərləri qızdırmaq çətin olacaq. Yarışda isə təkərlərin yeyilməsi azalacaq. Niko Rosberq 2014-cü ildə birinci dövrədə pitə girdi və daha sonra yarışın sonuna kimi həmin təkərlərlə davam etdi.

Soçidə uğur qazanmaq üçün bütün xüsusiyyətlərinə görə güclü bolidiniz olmalıdır. Trasda sürətli döngələr və uzun bir düzlük var. Buna görə də yaxşı performansa ehtiyacınız var. Bəhreyndəki performansımız bizi bu yarış üçün həvəsləndirir. Buna görə də bu həftəsonu güclü yarış göstərəcəyimizi düşünürəm.

Rusiyada Formula1 fanları çoxalır. Bu həftəsonu onlara gözəl şou göstərmək üçün səbirsizlənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*