F-1.az xatırladır ki, britaniyalılar bu ilin əvvəlində ROKit Phones ilə 3 illik müqavilə imzalamış və daha sonra daha iki il uzatmışdılar. Lakin F1-in ən titullu ikinci komandası bu dəfə ROKit Drinks ilə çoxillik müqavilə bağlayıb. Müqaviləyə əsasən gələn ildən şirkətin loqotipləri həm bolidin, həm də komanda formalarının üzərində olacaq.
Kler Uilyams: “ROKit Drinks ilə tərəfdaşlığımızı elan etdiyimizçün sevincliyik. Titul sponsorumuz olan ROKit Phones çətin keçən mövsümə baxmayaraq, bizimlə oldular. İndi isə tərəfdaşlığımızı daha da böyüdürük”.