F-1.az xatırladır ki, Williams komandası keçən ilin sonunda Martini ilə yollarını ayırmış və ROKiT ilə müqavilə bağlamışdı. Əvvəlcə müqavilənin üçillik olacağı deyilsə də, anlaşmanın artıq beş ilə çıxdığı bildirilib.
Kler Uilyams: “ROKiT ilə olan müqaviləni uzatdığımız üçün xoşbəxtik. Onlar çətin dövrlərdə bizə qoşuldu. Onlarla işləməkdən həzz alırıq”.