Williams rəngli FW43-ü təqdim edib

Williams komandası 2020-ci ildə yarışacağı bolidi bu gün sosyal şəbəkə üzərindən təqdim edib.

F-1.az xatırladır ki, Formula1 tarixinin ən titullu ikinci komandası son iki ildə turnir cədvəlinin zirzəmisindən qurtula bilməyib. Keçən il isə yalnız xaotik Almaniya yarışından xal ala bilmişdilər. Lakin britaniyalılar inanırlar ki, son iki ildəki səhvlərindən dərs çıxarıblar və bu il daha yaxşı performans göstərmək istəyirlər.

Rexona-nın sponsorluğunu itirən Williams bu il ROKiT-lə olan tərəfdaşlığı böyütməklə yanaşı Lavazza şirkəti ilə də sponsorluq müqaviləsi bağlayıb. ROKiT-lə yeni müqaviləyə əsasən bolidin rəng çalarlarında da dəyişiklik olub. Yeni mövsümdən etibarən bolid qırmızı, ağ və mavi rənglərdə olacaq. Maşının bəzi yerlərində qara rəng də görürük.

FW43 bizə Williams-ın 1999-cu il bolidi FW21-i xatırladır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*