Bu, təkcə səmərəli texniki qərarların tətbiqinin yox, həm də intensiv fiziki hazırlıq da daxil olmaqla, xüsusi məşq metodikasının hesabına olmuşdu.
F-1.az xəbər verir ki, komandanın mexaniklərindən olan Endi Makmillan Sky Sports-a müsahibəsində bu barədə danışıb: “Ən sürətli pit-stoplara görə mükafat almaq bizim üçün çox əhəmiyyətlidir. Bu, bizim çoxillik məşqlərimizin və komandanın müntəzəm işinin nəticəsidir. Buna görə də biz növbəti mövsümdə də ən yaxşı olaraq qalmağa, mükafatı Red Bull və ya başqa komandaya verməməyə çalışacayıq.
Əslində, biz məşq edərkən bir-birimizlə yarışırıq. Həm də yaxşı dostlarıq. Bu, stabil nəticə göstərməyə müsbət təsir edən əsas amildir. Biz məmnuniyyətlə fiziki hazırlıqla məşğul oluruq və pit-stoplar üzərində işləyirik, çünki hamıdan öndə olmaq istəyirik. Bu il təkərlər daha enli olacaq, ona görə də daha çox məşq edirik. Biz gələn il nəinki 1.9 saniyəlik rekordu təkrarlamaq, hətta onu yeniləmək istəyirik. Bu, bizim oğlanlarla mümkündür”.
Makmillanın həmkarı Ed Smit də yeni rekordun mümkünlüyündən danışıb: “Biz məşqlərdə 1.7 saniyə ərzində pit-stopu tamamlaya bilirik. Deməli, şübhəyə yer yoxdur – bu mövsüm rekord yenilənəcək!”