F-1.az nüfuzlu jurnalist Rocer Benuaya istinadən bildirir ki, Silverstoun və Budapeşt testlərində Robert Kubitsa komandanın rəhbərliyini razı sala bilib və tezliklə müqavilə barədə rəsmi bəyanat yayılacaq.
Xatırladaq ki, Robert Kubitsa 2011-ci ilin əvvəlində keçirdiyi ağır qəzadan sonra 6 il F1 maşınının sükanı arxasına oturmamışdı və yalnız bu ilin yayında Renault komandası ilə testlərə qatılmışdı.
Əgər Blick-in verdiyi məlumat doğrudursa, onda Felipe Massa mövsümün sonunda komandanı tərk etməli olacaq…