F-1.az xatırladır ki, Corc Rassel komamdaya 2019-cu ildə qatılıb və üçillik müqavilə bağlayıb. Əksəriyyət düşünürdü ki, Mercedes komandası növbəti mövsüm britaniyalı sürücünü Bottasın əvəzinə heyətə qatacaq. Lakin iddialara görə almanlar Valtteri Bottası komandada saxlamağa qərar veriblər. Lyuis Həmiltonun da komandada qalacağı gözlənilir. Belə olan halda Rassel növbəti mövsümdə Williams-da yarışmalı olacaq.
Formula1-in ən titullu ikinci komandası Williams bu gün verdiyi açıqlamada növbəti mövsümdə Rassel və Latifi ilə yarışmağa davam edəcəyini bildirib
Corc Rassel: “Daha bir il Williams-da qalacağam. Ümid edirəm ki, performansımı daha da təkmilləşdirərəm.
Mercedes-ə transfer olmadığım üçün məyus deyiləm. Əllərindən bir şey gəlmir. Kler məni buraxmaq istəmədi. Williams-la da müqaviləm var və bu qərara hörmət edirəm. Bu il və növbəti mövsüm Williams üçün əlimdən gələni edəcəm. Görək nə olur”.