Williams nəticə çıxarmağa tələsməməyi məsləhət görür

Mövsümöncəsi testlərin son seriyasında Williams komandası məqsədyönlü şəkildə maşının etibarlılığı üzərində işləyib – son dörd gün ərzində komandanın sürücüləri 438 […]

Mövsümöncəsi testlərin son seriyasında Williams komandası məqsədyönlü şəkildə maşının etibarlılığı üzərində işləyib – son dörd gün ərzində komandanın sürücüləri 438 dövrəlik məsafə qət ediblər ki, bu Red Bull komandasının bütün mövsümöncəsi testlərdə qət etdiyi məsafədən çoxdur.

Testlərin ən yaxşı nəticəsi də Williams-a məxsusdur – Felipe Massa sonuncu testlərin 3-cü günündə fenomenal nəticəyə imza atıb. Buna baxmayaraq komandanın test briqadasının baş mühəndisi Rod Nelson məsləhət görür ki, nəticə çıxarmağa tələsmək lazım deyil, sadəcə Melburnda ilk yarışı gözləmək lazımdır…

Rod Nelson: “Baxaq görək, necə olacaq. Digər maşınların yanacaq çənlərində 20 kq yanacaq çox ola bilərdi, onda biz Avstraliyada favorit olmayacaylq. Mən sadəcə gözləməyə üstünlük verirəm. Amma biz əlimizdən gələni etmişik və indi gördüyümüz işə baxanda qürurla deyə bilərik ki, biz maksimuma nail olmuşuq və bundan çox razıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*