F-1.az xəbər verir ki, komanda Avstraliyada keçən illə müqayisədə pit-stoplarda daha cəld işləyib. Britaniyalılar keçən il əsasən pit-stopda etdikləri səhvlərlə gündəmə gəlirdilər.
Ancaq 2016-cı ilin ilk yarışında Williams komandası Valtteri Bottasın pit-stopunu 2.35 saniyə ərzində başa vuraraq, yarışın ən sürətli pit-stopuna imza atıb. Mercedes AMG yarışın qalibi Niko Rosberqin pit-stopunu 2,65 saniyədə gerçəkləşdirərək, bu yarışmada 2-ci olub. Pit-stoplarda 3-cü yer isə yenə Williams komandasına məxsusdur – Felipe Massanın maşınına qulluq zamanı saniyəölçən 2.72 saniyədə dayanıb…