Williams Mercedes-lə tərəfdaşlığı artırır

Williams Racing komandası 2022-ci ildən etibarən Mercedes ilə texniki tərəfdaşlığını artıracaq.

F-1.az xatırladır ki, britaniyalılar 2014-cü ildən bəri Mercedes mühərriklərindən istifadə edirlər. Son illərdə bu tərəfdaşlığın artacağı deyilirdi, amma Williams ailəsi müstəqil yarışmaq istəyirdilər. Lakin ailə keçən il komandanı Dorilton Capital-a satıb və yeni rəhbərlik Mercedes-in resurslarından faydalanmaq istəyir.

Beləliklə, Williams komandası 2022-ci ildən etibarən Mercedes motoru ilə yanaşı, alman şirkətinə aid olan ötürmələr qutusundan və müxtəlif hidrovlik detallardan istifadə edəcək. Qeyd edək ki, əfsanəvi Williams komandası indiyə kimi öz istehsal etdiyi ötürmələr qutusu və hidrovlik detallarla yarışırdı.

Komandanın rəhbəri Simon Roberts bu barədə belə danışıb: “Artıq Mercedes-lə münasibətimiz tək mühərrikdən ibarət olmayacaq. Williams xüsusi komanda olsa da, Formula1 daim təkmilləşir. Rəqabətədavamlı olmaq üçün yeniliklərə öyrəşmək lazımdır. Mercedes-lə uzunmüddətli müqavilə müsbət addımdır”.

Toto Volff: “Bu layihəni uzun illər idi ki, müzakirə edirdik. Bunu reallaşdırmaq sevindiricidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*