Williams məhkəmədə qalib gəlib

Williams-ın keçmiş titul sponsoru ROKiT məhkəmə qərarı ilə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə görə Qrouv komandasına təzminat ödəyəcək.

F-1.az xatırladır ki, ROKiT 2019-cu ildə Williams ilə sponsorluq müqavilə imzalayıb və mövsümöncəsi sınaqlarda komandanın maşınında şirkətin loqotipi yerləşdirilib. Lakin sonra mövsümün başlanğıcı koronavirus pandemiyası səbəbindən gecikib, sözügedən şirkət də komanda ilə müqaviləni vaxtından əvvəl ləğv edib. Əslində isə əməkdaşlıq 2023-cü ilə qədər planlaşdırılmışdı.

Williams keçmiş tərəfdaşını məhkəməyə verib və qalib gəlib. Kaliforniya Dairə Məhkəməsi ROKiT-nin Williams-a 32,2 milyon dollar ödəyəcəyi barədə qərar çıxarıb. Bundan başqa, şirkət komandanın 1 milyon dolları keçən məhkəmə xərclərini də ödəməlidir.

Qeyd edək ki, ROKiT ilə müqavilə ləğv edildikdən sonra Williams komandası Dorilton Capital investisiya fonduna satılıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*