Williams maşının iki konfiqurasiyasını yoxlayacaq

Sabah sərbəst yürüşlərdə Pastor Maldonado və Valtteri Bottas müxtəlif konfiqurasiyalı maşınlarla işləyəcəklər. Bu gün komandanın texniki direktoru Mayk Koflən bildirib […]

Sabah sərbəst yürüşlərdə Pastor Maldonado və Valtteri Bottas müxtəlif konfiqurasiyalı maşınlarla işləyəcəklər. Bu gün komandanın texniki direktoru Mayk Koflən bildirib ki, bu yolla yan pantonların və soyutma sisteminin iki versiyasının effektliyini müqayisə etmək mümkün olacaq ki, komanda gəcələkdə isti yarışlara yaxşı hazırlaşa bilsin.

Mayk Koflən: “Melburnda hava gözlənildiyindən soyuq keçir, amma bir aydan sonra Bəhreyn yarışında dəqiq bilirik ki, çox isti olacaq. Yüksək temperaturda maşın effektliyini itirir, çünki biz hava axının böyük bir hissəsini soyutma sisteminin radiatorlarına yönəltməli oluruq və indi bizim məqsədimiz bu itkiləri minimuma endirməkdir.

Sabah biz maşının iki konfiqurasiyasını trasda eyni zamanda yoxlayacayıq – bu yolla eyni təkərlərlə biz zəruri məlumat toplayacayıq. Testlərdə biz bunu edə bilmədik, çünki testlərdə biz yalnız bir maşınla işləyirdik.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*