F-1.az xatırladır ki, komanda FW39 indeksini buraxmaqla yeni maşını FW40 adlandırıb – bütün ilboyu komanda çempionatdak 40 illiyini qeyd edəcək, yubiley şərəfinə bir çox tədbirlərin keçrilməsi planlaşdırılıb.
FW40 üzərinə iş keçən ilin əvvəlində Pət Simondsun rəhbərliyi başlamışdı, komandanın texniki direktoru keçən ilin sonunda komandanı tərk etdiyini açıqlamışdı – Mercedes komandasının keçmiş texniki direktoru Pəddi Lou martın 1-dən onu əvəz edəcək.
Mercedes komandası Valtteri Bottası apardıqdan sonra təcrübəli Felipe Massanın Qrouva qayıtması elan olunub – braziliyalı sürücü 2017-ci ilin yeganə tam debütantı Ləns Strollun həm komanda yoldaşı, həm də müəllimi olacaq.
Yeni maşın sələfindən kifayət qədər fərqlənir. Reqlamentin tələblərinə uyğun olaraq maşının korpusu daha enlidirön və arxa qanadlar da qaydalara uyğun formada hazırlanıblar. Maşının aerodinamikası daha çox asfaltayatma qüvvəsi hasil edir. Təkərlərin enli olması isə trasla mexaniki ilişməni artırıb – bu isə döngələrdə sürətlərin artmasına gətirib.