F-1.az xatırladır ki, 2014-cü ildə şirkətin gəliri 90.2 milyon funt olmuşdu. Əlbəttə, gəlirlərin artması Formula1 komandasının son iki ildə Mühəndislər Kubokunda daha yüksək nəticələr göstərməsi ilə bağlıdır…
Mayk O’Driskoll, baş direktor: “2015-ci ilin maliyyə göstəriciləri ciddi tərəqqidən, dövriyyənin və gəlirlərin artmasından xəbər verir. Son iki ild biz biznesimizi tam yenidən qurmuşuq, ona görə də ciddi inkişafa nail olmuşuq – bizim idmana xarakterik olan yüksək xərclərə baxmayaraq, trasdakı nəticələrimiz gəlirlərimizi artırıb.
Keçən ili bizim komanda ardıcıl olaraq ikinci dəfə 3-cü yerdə baaş vurdu, bu isə rəqabətədavamlılığımızın göstəricisidir. Bu yerə görə çempionat tərəfindən bizə ödənilən məbləğin artması ilə yanaşı, bizim sponsor paketimiz də xeyli ağırlaşıb – Unilever, Avanade, BT və Hackett kimi dünya şöhrətli brendlər indi Williams Martini Racing komandasına qoşulublar. Maliyyə rəqəmləri əsas verir ki, biz gələcək kommersiya idman layihələrimiz üçün əsaslı baza quraq”.