F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası ilin sonunda Latifi ilə yollarını ayıracaq. Onun yeri üçün əsas namizədlər Loqan Sarcent və Mik Şumaxerdir.
Deyv Robson: “Bizə hər yarış Alekslə mübarizə aparacaq pilot lazımdır. Ən əsası Alekslə eyni sazlanmanı istəməsidir. Görək nə olur. Sıralanma turunda və yarışda mübarizə aparan iki sürücü istəyirik.
Hazırda yarışlara fokuslanmışıq. Nik de Vriz Montsada sükan arxasına keçəndə komanda ona kökləndi. Mühəndislər dedi-qodulara qulaq asmırlar. Prosesi Yos Kapitonun köməkçiləri aparırlar”.