F-1.az xatırladır ki, Kubitsa keçən ilin noyabrında Williams-la Əbu Dabi testlərində iştirak etmişdi. Lakin britaniyalılar polşalı sürücünü yox, daha gənc Sirotkini komandaya götürmək istəyirlər.
Flavio Briatore: “Robert, böyük ehtimalla, Williams komandasını razı sala bilmədi. Buna görə məyus oldum. Meneceri Niko Rosberqlə də danışdım və o, əlindən gələn hər şeyi edib. Bundan başqa Sirotkinin böyük büdcəsi var. 20 milyon avrodan danışırıq. Kubitsa ən yaxşı halda 10 milyon avro yığa bilər.
Kubitsanın qayıtması Formula1 üçün yaxşı ola bilərdi. Liberty Media nəyə görə Robertə dəstək olmadı, bilmirəm”.