F-1.az xatırladır ki, britaniyalı komanda bu il xal üzünə həsrət qalıb. Komandanın texniki direktoru Pəddi Lou bildirib ki, geridə qalmaqlarının əsas səbəbi döngə çıxışlarında vaxt itirmələridir.
Sergey Sirotkin: “Bu il bolidin fəlsəfəsini dəyişdirdik. Amma heç kim balansı pozmaq istəmirdi. Ən azından döngə-düzlük balansını 50-50 etmək istəyirdik. Düzlükdə geri qalmaq istəmirdik. Lakin əvvəldən bilirdik ki, düzlüklərdə əvvəlki kimi güclü olmayacağıq”.
Ləns Stroll: “Düzlüklərdə çox güclü idik, amma artıq bunu itirdik və zəif tərəfimizi təkmilləşdirə bilmədik. Keçənilki boliddə düzlük tempi əla idi və yerimizi qoruya bilirdik. Döngələrdəki sürətimiz isə istədiyimiz kimi deyil”.