Williams komandasının Nyu Yorkda ofisi açılıb

Williams-ın Nyu Yorkda ofisi açılıb və komanda ABŞ-də artan yarışların fonunda bunun maliyyə və iqtisadi sahədə daha səmərəli biznesə töhfə verəcəyini gözləyir.

F-1.az xəbər verir ki, bundan əlavə, Formula1-də yeganə amerikalı sürücü Loqan Sarcent bu ildən Williams-da çıxış edir və bu mövsüm Amerikanın İndy NXT seriyasında debüt edəcək Ceymi Çədvik də uzun müddətdir komanda ilə işləyir.

Williams-ın kommersiya direktoru Ceyms Bauerin sözlərinə görə, komandanın ABŞ bazarında iştirakını genişləndirməsi yerli işgüzar dairələrin diqqətini cəlb edəcək.

Ceyms Bauer: “Əlbəttə, Loqanın indi komanda üçün maşın sürməsi çox gözəldir, 2006-cı ildən bəri ilk amerikalı sürücü, Formula1-də tam mövsüm keçirəcək (o zaman Toro Rosso-nın sürücüsü Skott Spid olmuşdu). Düşünürəm ki, biz yeganə komandayıq ki, Amerikada, Nyu Yorkda öz ofisi var.

Milli Futbol Liqasının keçmiş vitse-prezidenti tərəfindən idarə olunan bu ofis vasitəsilə amerikalı azarkeşlərlə geniş əlaqələrimiz olacaq. Biz onlarla ABŞ-də keçirilən çempionatın mərhələlərində daha yaxın təmas quracağıq və bir neçə amerikalı idman marketinqi mütəxəssisini də komandaya cəlb edəcəyik.

Nəzərə alsaq ki, indi komandada Loqan Sarcent və İndy NXT seriyasına gedən Williams Sürücü Akademiyasının tələbəsi olan Ceymi Çədvik var, onlarla birlikdə biz ABŞ bazarındakı aktivlərimizlə daha səmərəli biznesimizi qurmağa çalışırıq.

Bizim komandanın iqtisadi islahatları üçün çoxillik düşünülmüş planımız var. Mövsüm başlamazdan əvvəl Williams-ın bir neçə yeni tərəfdaşı peyda olub, ona görə də indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəkindən qat-qat güclüdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*