F-1.az xatırladır ki, Nev Formula1-də 1976-cı ildə RAM Racing komandasının Brabham BT44B bolidi ilə debüt edib. Belçikalı sürücü həmin il Ensign komandasının da şərəfini qoruyub.
Nev 1977-ci ildə Williams komandasında yarışmaq üçün lazımi büdcəni toplaya bilib. Frənk Uilyams və Patrik Hed həmin il çempionatda debütə hazırlaşırdılar. Nev də belçikalı pivə istehsalçısı Belle-Vue-nin sponsorluğu ilə Williams-ın heyətində ilk yarışa çıxıb. Bu, mövsümün 5-ci yarışı İspaniyada baş verib. Xatırladaq ki, Williams komandası həmin debütün bu il 40 illiyini qeyd edir.
Belçikalı sürücünün ən yaxşı nəticəsi İtaliyada qazandığı 7-cilik olmuşdu.
Patrik 1978-ci ildə yalnız öz vətənində baş tutan yarışa March 781S şassisi ilə qatılmış, amma sıralanma turundan keçə bilməmişdi.