F-1.az xatırladır ki, Williams komandası mövsümün ilk 5 yarışında ən sürətli pit-stop edən komanda olmuşdu. Britaniyalılar pit-stop uğurlarına birini də əlavə ediblər və uğurlu seriyanı davam etdiriblər.
İşləmə zonasının darlığı və çətin şəraitdəki yarışları nəzərə alsaq, Williams-ın Monakodakı pit-stopları onlar üçün mövsümün ən yavaş pit-stopları olublar. Amma bütün bu çətinliklərə baxmayaraq, britaniyalılar rəqiblərindən demək olar ki, yarım saniyə sürətli olublar.
Williams komandası knyazlıqdakı ən sürətli pit-stopu Valtteri Bottas üçün edbi. Finlandiyalı sürücünün dörd təkəri 2.43 saniyə ərzində dəyişdirildiyi halda, Felipe Massa təkərlərinin dəyişdirilməsi üçün 2.44 saniyə dayanmalı olub. Bottasın digər pit-stopu isə 2.81 saniyə çəkib və burada yavaş hərəkət etmələrinə baxmayaraq, 3-cü ən yaxşı nəticəni əldə ediblər.
Niko Rosberqin qələbə seriyası İspaniyada, Mercedesin poul qazanmaq seriyası Monakoda sona çatdı. Amma Williams komandasının pit-stopdakı uğurlu seriyası hələ də davam edir. Britaniyalılar pit-stopları 2 saniyədən daha sürətli etmək istəyirlər və Çində 2.1 və İspaniya 2.12 saniyəlik zaman nəticələri ilə bu hədəfə bir az yaxınlaşa biliblər…