Williams komandası yubileyə hazırlaşır

Williams komandası tarixi yubileyini qeyd etməyə hazırlaşır - komandanın 40 illik tarixinə həsr olunmuş xüsusi aksiya və tədbirlərin keçirilməsi gözlənilir.

F-1.az xatırladır ki, 1977-ci il mayın 8-də İspaniyanın Xarama trasında Formula1 tarixinin ən böyük komandalarından biri debüt edib – Formula1-də qurduğu ilk komandası əlindən alınan Frənk Uilyams və mühəndis Patrik Hed yeni komanda il bir maşını starta hazırlamışdılar. March 761 şassisi üzərində hazırlanan maşını idarə edən fransalı sürücü finiş xəttini 12-ci keçmişdi.

Frənk və Patrik 1978-ci il üçün Williams Grand Prix Engineering komandası üçün yeni şassi hazırlamış və Alan Cons 3-cü yarışda komandanın ilk xallarını, 15-ci yarışda isə ilk pdoiumunu qazanmışdı. 1979-cu ildə Kley Reqatsoni Britaniyada komandaya ilk qələbəni, növbəti yarışda isə Alan Cons və Kley komandaya ilk qələbə dublunu qazandırmışdılar. Komanda Mühəndislər Kubokunda yalnız Ferrari-yə uduzmuşdu və mövsümü 5 qələbə ilə başa vurmuşdu.

1980-ci il isə komandanın tarixinə qızıl hərflərlə yazılıb – komanda Mühəndislər Kubokunu, Alan Cons isə sürücülər arasında dünya çempionluğunu qazanmışdılar. Bu günə qədər komanda çempionatda 114 qələbə, 128 poul qazanmaqla 133 sürətli dövəyə imza atıb, 9 dəfə Mühəndislər Kubokunda və 7 dəfə sürücülər çempionatında qələbəni bayram edib.

Komanda 40 illik yubileyi ilə əlaqədar olaraq gələn mövsüm üçün hazırladığı maşını FW39 deyil, məhz FW40 adlandıracaq…

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*