F-1.az xəbər verir ki, Williams komandası sürpriz edib və yeni maşını FW38-i bir qədər əvvəl rəsmi iternet saytı vasitəsi ilə təqdim edib.
Yeni maşının sələfindən – FW37-dən çox da fərqlənmədiyini deyə bilərik. Pantonların üzərində keçən il olduğu kimi, Rexona-nın loqotipi əks olunub. Burun hissə keçənilki ilə müqayisədə bir qədər daralıb və pantonların öndən hava girişi dəyişdirilib. Əsas dəyişikliklər isə bolidin arxa tərəfindədir.
Qeyd edək ki, FW38-i ilk idarə edən Valtteri Bottas olacaq. O da şəxsi twitter bloqunda üzərində onun sürücü nömrəsi olan 77 rəqəmi əks olunmuş maşının şəkillərini paylaşıb.